Sən…


Hər dəfə külək əsəndə sən yaddaşımdan keçirsən

Amma külək dayananda elə oradaca ilişirsən..

Sən itmiş şəhərdə çıxan göy qurşağı kimi

Rənglərinsə mənim deyil, onları məndən gizlətmisən..

 

Zümrüd rəngli şəhərin ən gizli və gözəl sakini

Sən mənim tənhalığımın ən böyük səbəblərindənsən..

İndi məndən çox uzaqsan günəş dərimi yandırarkən

Sən mənim itirdiyim həqiqət eynəyimsən..

 

Mənim üçün təkrarsızsan cola kimi bir az arsızsan

Dodaqlarda çox şirinsən içimisə yandırırsan..

Sənsizliyimə nifrətimlə sənli günlərim təkrarsızdı

Mənim sulara qərq olmuş gizli Atlantidamsan..

 

Sən bu qədər bəsit deyil dünyalar qədər böyüksən

Sən romanlara sığmayacaq qədər müqəddəsimsən..

Sən sevdiyim payızın tökülən xəzanları

Qulağımda xışıldayan sevgi nəğmələrimsən…