gs.bx.hs


Sətirləri yazmaq hərdən çətin olur.. Hisslərini yazmaq bir yana,  sözləri də barışdıra bilmirəm ki, sənin haqqında bir neçə fikir yaratmaq üçün.. Bir qələm  və bir səhifə,  bəlkə də bəs etməlidi bütün hər yazılanlara.. Lakin bəs etmir.. Bəsitlik insanlara sərf etmir..

Sən mürəkkəbsən..  Çox anlaşılmaz,  qəliz biri.. Sən mürəkkəbsən bütün həyatıma boyu taleh deyilən sətirləri pozub öz cızma-qaralarımı yazmaq üçün bəs edəcək qədər..

Səndən qalan xatirələr palçıq kimi.. Yenə yağış yağır.. Mənim beynim isə uçub-tökülmüş bir divar kimi.. Amma sevgi bu divara palçıqlar yaxır..

Sən acı, çox acı bir dad..Həyat, bu həyatda  yaşamaq  – “şirin” deyənlər hələ tanımırlar səni..

O hər gün səni izləyir.. Hər addımında illər sonra rast gələcəyin xatirələr sarayı tikir, mənim məhv olan xəyallarımın tozumdan..

O hər gecə səni istəyir.. Hər toxunuşunda düşdüyün ən dibdəsən indi onun ehtiras dənizinin..
O xoşbəxtlikdir.. Sənin xoşbəxtliyin.. Sən mənsən.. Mənim bədbəxtliyim…

Bağlanmış qapılar kimi bağlanır sənlə ortaq dostlarımızın həyatları mənim həyat evimə.. 

Bu şəhər dözülməzdi indi..  Bir gün öncəki tufanla, 5 il sonrakı zəlzələnin də bir fərqi yoxdur.. Yaşamırsan sən.. Yaşatmırsan sən.. Hər hərəkətin, hər toxunuşun, hər nəfəsin də süni..

Palçıqlı əllərimi oxşayan yağış damcıları kimisən.. Bütün səhvlərimi, günahlarımı, hisslərimi yuyub düşürsən əllərimdən.. Ümid edirəm çox incimədin, xəyallarımdan düşərkən…

İndi əllərimi oxşayan təxəyyül dünyam var.. Sabah doğacaq günəş, 1gün, 10 ay, 1 il əvvəlki kimi isitməyəcək soyuqdan donan barmaqlarını..

Sən Sanki küsəyən Günəş..

O sanki  məndən oğurladı səmavi gözlərini..

Mən sanki zibilə qalmış sonsuzluğam Dost…                                                                        GS.BX.HS