Şokolad paylayan qız mən darıxacam..


Sənsizlik deyə bir dövr yaşayıram..
Şokolad paylayan qız üçün darıxmışam. İsti nəfəsini Antraktidaya dəyişmiş pinqvinlərə and olsun dost.. Buzdan yonulmuş Peyğəmbərlər kimisən.. Aylardır ölmədən, dönmədən sənə səcdə edirəm.. Amma faydası yox sən demə.. Hər gün etdiyim dualar  puç.. Hər gün adını anmaq, səni xatırlamaq günah.. Yalanların sərhədində qalmışıq sanki..Üfüqsüz ümmanlara aşiq durnalar kimi xəstə.. Düşüncələrimi də üşüdüb yoxluğun, üstünü örtən istiliyin yoxdur.. Düşüncələrim ağrılarıma psixolirika pıçıldayır.. Təki qaçıb gedə bilsək yenidən burdan uzaqlara..  Yarım illik yox, bir dəfəlik, ömürlük.. Tanrının saya düşməyən övladlarıyıq.. Qullarına daha şəfqətlə yanaşan ağanın, cırılmış çarıqlarındakı palçıqdan qiymətli deyilik.. Biz hələ də əxlaqın ən aşağı pilləsində namaz qılırıq.. Gözlərimizi də Allah baba bağlayıb.. Mənə həyatındn ən böyük səhvin hədiyyə.. Allahı tanrılara dəyişmək heç sərf etmədi.. Dualar içimdə aciz insanı yaratdı.. Hər gün öz kilsəndə tanrını qucaqlamaq, onu saymamaqdan pis oldu.. Yadımda deyil nə vaxt sonuncu dəfə insan olmuşam.. Tanrının tərbiyəsiz övladı..
 
Sən əgər olsaydın mənimçün bir nostalji
Səni geri qaytarmaqçün dəyişərdim tarixləri..

Söy, qaç və milyon dollar ..


Texas.. San-antonio ilə Dallas arasındakı enli yollar..  Günəşin istisi asfaltı əridəcək kimidir.. Uzun və sakit yol.. Sən də bu şossenin yaddaşında qalmayacaqsan.. Sıradan bir insan, sıradan bir həyat.. Sən də adi bir qələm kimi qırılacaq qəlbə sahibsən.. Səninlə eyni maşında heç tanımadığın  əyri dodaq, yekə burun, şəlpə qulaq, keçəl, ayağı biri balaca, biri böyük, yeriyəndə 8 yazan, qozbel bir qız oturub.. Dodge istidən yumşalmış asfaltla şütüyür.. Dallasda səni milyon dollar mükafat gözləyir..

Üzümüzü yuyub insanlar.. Bizim çirkli sular kiminsə su çəninə dolur.. Xəstə doğulan uşaqlar kiminsə spermatozoidlərindəki keyfiyyətsizlik deyil bəlkə də.. Bizim yağış suları da kiminsə çirkli, istifadə olunmuşudur..

Qullarla, güllər arasında  çərçivə olsa da,  olmasa da fərq etməz..

“Hansısa “Nigga”nın trekini dinləyərək başını yelləyəndə, heç düşündün mü Afrikadakı körpələr nə yeyəcək?” (hasss)

Sən hələ də bir milyonun ardınca Dallasa doğru irəliləyirsən..  Pulun dəyişmədiyi nə var ki? Daha doğrusu nə qalıb ki.?  Pul bu həyatda artıq hər şeydir..

Nirvana.. Dinləmədiyin və sevmədiyin bir janr.. Amma sən yenə də “say I’m haPPy”..

Ümumən insanlar nəyə lazımdır ki? Dostlar nəyə lazımdır ki? Heç nəyə yaramayan, amöb kimi xeyirsiz varlıqlar..

Sumqayıtda Bakı arasında neçə ağac əkildiyini bilən var mı?

Səncə ermənilər güclüdü yoxsa biz?

Çak Norrisin Superman olmağı daha realdı ya Hitlerin?

Heydər Əliyev daha bomba oğlandı ya Rıza Baba?

Milyon dollara görə unudan çox olar ya unudulan?

Atalar üçün çox mu darıxacayıq yoxsa az?

Sumqayıt bombadı yoxsa Bakı?

Yaşıl aftafa yoxsa ağ butulka?

Xalq bizimdi ya onların?

Texas Dream Team daha seksual oxuyur yoxsa Tİn uşaqları?

Apreli sevirik ya yanvar üçün darıxırıq?

 

Milyon dollar və Dallasa dallama son kilometr..

Səhər saat 8,  telefon zəngi və United Condoms of Benetton..

 

Qardaşımın xatirəsinə..


            Hərdən təəssüfləndiyim tək şey sənsizlikdir.. Bəlkə də olmayan bir yoxluq kimi,  bəlkə də bir boşluq kimi hiss edirəm düşündükcə.. Əslində varlığın heç vaxt hiss olunmayıb. Amma yoxluğun hərdən vurur dibə.. Həm də hər  ehtiyacımda.. Sənsizlik deyə bir dövr yaşayıram. Amma var olmayan yoxluğun var buralarda səndən xatirə.. Ehtiyac duyduğum tək yoxluqsan.. Maddidi hər şey bu ölkədə, başdan-ayağa maddiləşmiş həyat, ölkə, insanlar.. Bir də hərdən sən.. Hərdən çox paxıllığım tutur qardaşı olanlara.. Ən azından nə olursa olsun, sonuna kimi dəstək olacaq biri var onların.. Nəəm ala qardaşsızlıq yaxşı zad deyil.. Kaş ki hər şey elə o vaxtdan başqa cür olardı və həyatımda olan bir boşluğu bəlkə də sən tamamilə doldurardın.. 

və OkaBer..

Ad günün mübarək Cənab Prezident!


            Bu gün Azərbaycan Respublikasının, xalqının tarixində 2 ən böyük, müqəddəs bayramlarından biridir. Birincisi 10 may Ümummilli liderimiz olan Heydər Əliyevin ad günü. İkincisi isə prezidentimizin doğum günü. 24 Dekabr 1961-ci il  düz 50 il bundan qabaq Bakıda gözəl, nurlu bir körpə gözünü açdı. Ulu öndərimiz olan Heydər Əliyev cənablarının oğlu olmaq kimi böyük bir yük,  böyük bir vəzifəni öz üzərinə götürdü. Buna layiq olmaq üçün illərcə oxudu, çalışdı və pillə-pillə, addım-addım qalxaraq indiki olduğu zirvəyə çatdı. İllərlə “Ulu öndərin layiqli davamçısı” adına layiq olduğunu sübut etdi.

“Sən elə bir zirvəsən, mələklər nə deyəcək

Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək.”

İndi siz təsəvvür edin, əgər bizim prezidentimiz İlham Əliyev cənabları olmasaydı, kim qırmızı lentlər kəsərdi, kim yumurtanın qiymətini saldırardı, kim antikorrupsiya haqqında gözəl tədbirlər, ağla sığmayan qanunlar kəşf edərdi. Yəqin ki “Kim Jong-Il”.

Bəli, gözlənildiyi kimi o ən azı atası qədər sevildi, Azərbaycan xalqı onu seçdi, sevdi və ona inandı. Bu inamı sayəsində indi insanlar küçədə rahat gəzişə bilir, sevgililər istədikləri qədər rahat, sərbəst ola bilir, insanların heç birinin iş barədə bir problemi yoxdur. Xalq azad, firavan və xoşbəxtdir. Hamısı da İlham Əliyev cənablarının sayəsində. Hər bi Azərbaycan vətəndaşının borcudur ki, bu ölkədə yaşadığına görə ona minnətdar olsun.  Bütün xalqımızın və hamımızın adından Cənab, çox hörmətli prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik. Kədər ayağının tozu, sevinc başının tacı olsun. Hörmətlə AzTV.

 

Ya küsməzlərsə..


Başlıq zad axtardım tapmadım, amma bu blog yazımda facebook və virtual həyatdakı igidlərdən, oğuz əhlindən yazacam. Çox qısa olacaq..

Yeniyetmə blogger, məsələn bizim Bənövşə kimi hələ yeni-yeni nələrisə anlamağa çalışanlar üçün hər kəs yaxşıdır. Bir azdan bəlkə bir neçə günlər, aylar, illər  sonra kimlərin necə olduğunu özləri yaşadıqdan sonra görəcəklər.. Bəlkə də heç vaxt..  Onlar üçün hələ hər söz “şirin” gəlir..

Müxalifətçi gənclər, məsələn “müxalifət partiyalarının gəncləri” kimi  kimlərisə özünə ideal insan sayıb, onları müqəddəs hesab edənlər də az deyil.. Mənim üçün hansısa partiya sədrini, hansısa insanı, əl-əxsus hansısa sağ insanı ideal saymaq ağılsızlıqdır. Onların silahında sadəcə minlərlə güllədən birisən..

Massonlar, məsələn Cavid Ağa. Cavidlə ilk tanışlığım “Etiraflarım” yazısından sonra olmuşdu. Bu yazı əslində adi bir yazı idi. Amma çoxuna girdi, çoxunu incitdi. Qəribəsi o oldu ki, o vaxt bu yazını bəyənməyənlər, “Türkiyədə olub bunu yazmaq asandı, burda götün çatır üzümüzə de” tipli rəylər yazanlar, sonradan ona dostluq göndərib “dostlaşdılar”. Söhbət Cavidin özünü tanrı saymağından və ya göttü oğlan olmağından getmir.  Bunun tək bir səbəbi var. Hamısının işi düşdü. Bir təhər “dil” lərini işlətdilər. Nəysə, Cavid babat şeydi, özü onsuz hamısını bilir.

Mücahirlərimiz var. Azərbaycan milləti üçün, xalqı üçün bütün varlığı ilə çalışan. Bunlara Həbiblər, Məcidlər, Abdullalar, Koroğlular aiddir. Onlar ancaq xalqın rifahını bir də yeni dövlətin gəlməsini istəyirlər. “Lan amk nasıl kıydılar sizlərə, qürbətdə qəlbiniz vətən eşqi ilə döyünür. ”

“nə ondadır, nə bunda” kimi. Ətraflarında olan insanlardan ən çox hörmətim olanlardır bəlkə də.  Hərdən bu insanlar “ortadaqaldı” oyununda o tərəf bu tərəfə qaçanı xatırladırlar mənim üçün. Onlara yaxın olan birinin(məs. Yaxın dost) və sadəcə adi bir tanışın müzakirəsində, mübahisəsində yaxın olanın səhv olduğunu bilə-bilə həmişə “dostu göt ayağında qoymaram” məsəlinə sadiq qalırlar. Bir neçə dəfə olub bu hadisə. Düzü artıq nəyin nə zaman, necə olduğunu xatırlamıram. Etibarlı faktlarla danışmağı sevirəm, heyif bununla bağlı faktı tapa bilmədim. 🙂  Həcilər özləri bağışlasın bizim günahlarımızı.

Laykerlər  var. Bunlar əsasən bekar qızlar və qız tutmağa çalışan gədələr olur. (Məndə artıq belələri yoxdur.) Bu insanlar link, status, hər hansı paylaşım, aktivliyi sadəcə “like” etmək xəstəliyinə sahibdirlər.  Oxumadan, baxmadan, görmədən, eşitmədən “LikE”.  Hətta zero.facebook.com-la girib görmədiyi şəkli “LikE” edib, altına “qəşəng şəkildi” rəy yazanları da var.

“Fotoqraf”larımız var. Əslində onlara facebookdakı “BU” səhifəni daha çox aid etmək olar. İlahi Photoshop”un  sayəsində poxdan xaliqələr yaradanlardır. Hətta elələri var ki, yerdə aftafanı çəkib, üstündə elə işləyib, o qız, bu qıza küçük kimi yalvarıb yığdığı,  minlərlə like olan səhifəsində millətə elə soxuşdurur ki, elə bil Da Vinci-nin anasının erotik portretlərini işləyib.

Ateistlər var hər fürsətdə dindarların bir-iki səhvini tutub, bambılılıq etməyə öyrəşiblər. Çoxdandı belələri yaxınlığımda olmadığından tanımıram heç birinin kim olduğunu. Azad düşüncədən danışan düşüklər boşboğazlıqdan bezmirlər.

Və bir də “young activist”lərimiz var. Bir-birilərinə “sən yaxşı oğlansan”, “yox bəy, sən yaxşı oğlansan” deyə-deyə yaşayanlar.   Təsəlli yaxşı şeydi.

Bir də rockerlər var. Başa düşürəm, bir mahnını dinləyəndə insana xoş gələ bilir, həqiqətən ləzzət eliyən mahnılar da var. Amma hər hansı mahnını “share” edəndə  “bu mahnı ruhumun orasından girib burasından çıxır”, “bu mahnını dinləyəndə sanki ruhum göylərə qalxır, bazdıq edib geri qayıdır” tipli başlıqlar da seçməyin.  Çünki ikincini artıq mən yazmışam.  Qız tutmaq üçün  götünüzü  bu qədər yormayın.

Və bəzi mat”IŞKALAR var, hər yerdə mənim onların arxasınca danışdığımı deyirlər. Amma hər inbox”da nədənsə onların mənim arxamca danışdığını görürəm. Sizin haqqınızda danışacaq qədər bekar deyiləm.

Son olaraq Che”çilər var amma onlara gələn blog yazımda Che-nin yazdığı məktubu həsr edəcəm.

Bunlardan başqa əlbəttə ki, çoxları var, sadəcə onlar bura düşəcək qədər olmadılar. Bura düşənlər hörmətimi qazanan və son aylarda beynimi sevənlərdir.

Nədənsə heç qısa olmadı amma yenə də..) Kim necə qəbul edəcəksə etsin bu yazını. Türklər demiş “küserlerse ekime, küsmezlerse nikime.”

gs.bx.hs


Sətirləri yazmaq hərdən çətin olur.. Hisslərini yazmaq bir yana,  sözləri də barışdıra bilmirəm ki, sənin haqqında bir neçə fikir yaratmaq üçün.. Bir qələm  və bir səhifə,  bəlkə də bəs etməlidi bütün hər yazılanlara.. Lakin bəs etmir.. Bəsitlik insanlara sərf etmir..

Sən mürəkkəbsən..  Çox anlaşılmaz,  qəliz biri.. Sən mürəkkəbsən bütün həyatıma boyu taleh deyilən sətirləri pozub öz cızma-qaralarımı yazmaq üçün bəs edəcək qədər..

Səndən qalan xatirələr palçıq kimi.. Yenə yağış yağır.. Mənim beynim isə uçub-tökülmüş bir divar kimi.. Amma sevgi bu divara palçıqlar yaxır..

Sən acı, çox acı bir dad..Həyat, bu həyatda  yaşamaq  – “şirin” deyənlər hələ tanımırlar səni..

O hər gün səni izləyir.. Hər addımında illər sonra rast gələcəyin xatirələr sarayı tikir, mənim məhv olan xəyallarımın tozumdan..

O hər gecə səni istəyir.. Hər toxunuşunda düşdüyün ən dibdəsən indi onun ehtiras dənizinin..
O xoşbəxtlikdir.. Sənin xoşbəxtliyin.. Sən mənsən.. Mənim bədbəxtliyim…

Bağlanmış qapılar kimi bağlanır sənlə ortaq dostlarımızın həyatları mənim həyat evimə.. 

Bu şəhər dözülməzdi indi..  Bir gün öncəki tufanla, 5 il sonrakı zəlzələnin də bir fərqi yoxdur.. Yaşamırsan sən.. Yaşatmırsan sən.. Hər hərəkətin, hər toxunuşun, hər nəfəsin də süni..

Palçıqlı əllərimi oxşayan yağış damcıları kimisən.. Bütün səhvlərimi, günahlarımı, hisslərimi yuyub düşürsən əllərimdən.. Ümid edirəm çox incimədin, xəyallarımdan düşərkən…

İndi əllərimi oxşayan təxəyyül dünyam var.. Sabah doğacaq günəş, 1gün, 10 ay, 1 il əvvəlki kimi isitməyəcək soyuqdan donan barmaqlarını..

Sən Sanki küsəyən Günəş..

O sanki  məndən oğurladı səmavi gözlərini..

Mən sanki zibilə qalmış sonsuzluğam Dost…                                                                        GS.BX.HS

Bekarçılıq.


Çoxdandı bekarçılıqdı. Monoton həyat sürürəm, rulu məndə olsa da. Yanacaq mənim deyil, ona görə də əvvəlcədən verilən tapşırıqlarla müəyyən məsafələrdə fırlanıram. Gündəlik həyatıma bir ad vermək lazım olsa idi, adını “1 manat” qoyardım. Bu bekarçılıq vaxtlarımda Texniki “universitet”də hardasa 5-6 saat keçirirəm təxminən. Sözün əsl mənasında “keçirdirəm”. Bir insanla barışmışam bir az əvvəlkindən daha yaxşıdır indi.

Toylar son vaxtlar çoxalıb. İmkan vermirlər, nolub ala? Hara qaçırsınQIZ? Tələsmiyin, hələ üzüyə də, toya da, rəqsə də, seksə də vaxtınız bol olacaq. 2012-yə görə də narahat olmayın, hətta dünyanın sonu olsa belə, azərbaycanlılar bir yol tapıb yaşayacaqlar.

Xan deyir ki, “bir ayrılıq, bir də ölüm ikisi çox qəlizdir”.

Nitşe deyir ki, “Hamısı məndən danışır amma heç kim məni düşünmür.”

Mina deyir ki, “Hər şey istiyirəm.”
Recep deyir ki, “siktir lan”
Əslində mən tanrı olsaydım bu qədər dözülməz varlıqlar yaratmazdım. Mən də deyirəm ki, Adam kişi oLar əəəə!”

O yanında deyil..


 

O yanında deyil.. Həmin park, həmin soyuq amma bambaşqadır bu qış..

O yanında deyil.. Talehin alçaq oyununa edirsən qarğış..

O yanında deyil.. Əlcəklərin də isidə bilmir əllərini..

O yanında deyil.. Nəfəsin də aram-aram gəlib-gedir indi..

 

O yanında deyil.. Daha bu şəhər, bu ölkə sənə düşmən..

O yanında deyil.. Təkcə ağrılardı sənə qalan sevgilərdən..

O yanında deyil.. Tək o deyil hətta dostların da..

O yanında deyil.. Ağrı var hər sadə Payız xəzanlarında…

 

 

O yanında deyil.. Səhər günəşin isti şəfəqləri ilə bərabər, ilıq kappuçino dadan öpüşü ilə oyanmırsan..

O yanında deyil.. Adını ananda, “can” əvəzinə vəhşi sükutla qaynaşırsan..

O yanında deyil.. Yanında olanda, susub ancaq o andan həzz almaq əvəzinə,

indi onsuzluqda və tənhalıqda onlu xatirələrlə tək qalırsan..

 

O yanında deyil.. Dodaqlarına toxunan incə barmaqlarını axtarırsan..

O yanında deyil.. Bədəninə qucaqlayan qolların əvəzinə yorğanına sarılırsan..

O yanında deyil.. Rəngarəng gözlərin istisi üçün darıxırsan..

O yanında deyil.. Daha onun günəşə bənzər qızıl saçlarını oxşamırsan..

 

 

 

O yanında deyil Dostum..  Sən indi onsuzluğa alışırsan..

 

Vecimə deyil


Mənə fərq etmir kim kimdən üstündü.. Fərq etmir bu gün günəş hansı rənglə sevişib.. Fərq etmir O-nun indi haralarda olduğu.. Əslində heç nə fərq etmir.. İnsanlar zəhlətökən, zibil, iyrənc məxluqlardı.. Amma həm də ən ali varlıqlar.. Mənə sabah içəcəyim pivə və həmişəki kimi öz-özümə danışacağım bir otaq da bəs edir.. İnsanları anlamaq asandır əslində.. Sadəcə susub, diqqətlə dinləmək lazım.. Bezirəm “sevirəm”lərdən.. Hərdən sex partnyorun səni “həyat yoldaş”larından daha yaxşı anlayır.. Küləklər şəhərinin də zibili çıxıb.. Elə zibildən yığılma insanlar kimi.. Sanki zibildən yaradıb bizi Yaradan..

Doymur O.. Tək onun olduğunu bilə-bilə.. Bəs etmir ona.. Bezirəm məni özününkü etməyə çalışan insanlardan.. Mən taxtadan yaranmamışam.. Nə də qayalarda doğulmamışam.. ağrı nə olduğunu bilməyən insan acıdan danışanda bezirəm.. Vecimə deyil insanların mənim haqqımda nə düşünməkləri.. Onlar dodaqlarında mənə yer ayırırlarsa mən onlara oğlumun heç harasında yer ayırmıram.. Özümü itirdiyim hər küçədə tənhalıqdan iyrənirəm..  Budda sizi qorusun..

Mən beləyəm.. İstəyən qalar, istəməyən siktirib gedər..

“Bəzən”..


Başlamamış Payız kimidir onun Gözləri.. Hələ tapdalanmamış, parıldayan xəzan kimi.. Onsuzluq yaşadır səni.. İndi bütün hisslərin, yaz yağışından sonra islanmış yarpaqlar kimi ..

Bəzən onun gözlərində ölən ümidlərini yaşatmaq üçün bütün varlığını belə unutmağa hazır.. Yalnızlıq uzaqlarda gözlədiyin sənsizlik kimi.. Bax dəyişir oyunu  həyatın.. Sənsə “kaş kİ”lərlə tək otağında hələ də uyğunluq axtarmağa çalışan aciz..
Bəzən nəmli güzgülərdə barmaqlarınla cızdığın iki hərfdən ibarətsiniz ikiniz də..  Bu qədər təkrarsız və bu qədər silinən bir “biz”dən ibarətsiniz..

Bəzən səhər qızılgül ləçəyinə ağırlığını salan şehin ömrü qədərdi xatirələri sənlə.. Həyatınıza günəş doğana kimidi sizin sevginiz.. Günəşi axtarırsan hər gecə xəyallarında.. Gündüzlər gözlərin yumulu xülyalarında..
Bəzən itirdiyin insanları anırsan gəzdiyin şəhərin soyuq küçələrində.. Üşüyürsən, hər kəsə isti olsa da.. Bir dostunun qucağı üçün darıxırsan bəzən..
Bəzən “Kaliforniya arzuları”n içində.. Bəzən  arzuların puç.. Bəzən sevgi də suç.. SƏn ən böyük günahkar “insanlar aləmində”..

Bəzən sən ən böyük düşmənsən onun xoşbəxtliyinə.. Bəzən sadəcə ən önəmli səbəb.. Heç anlamadın kim-kim üçün şərt..

Bəzən sadəcə bir rəqs.. Sərxoş bir rəqs.. “Bizim mahnımız” dediyiniz o ifa.. Amma bu dəfə tək.. Onun qucaqladığın incə, zərif bədəni  yox.. Ya da kobud, qabar olmuş barmaqlarınla oxşadığın qızılı saçları..

Bəzən gücsüz.. Baxma geriyə.. “Bəlkə qayıtdı” deyə beynini yeyən  fikirləri çıxart, at beynindən bir kənara.. O daha dönməyəcək, “Bəzən”siz bunu anla..

Və bəzən sənə güc gələr Küləklər şəhəri.. Bəzən ağrılarını, istəklərini, əzablarını bağırmağa belə qoymaz.. Hər küçəsində tənhalığını üzünə vurar..
Bəzən sadəcə yoxdur güc… Sən, xatirələr, düşüncə və.. Və bir ülgüc..