Ad günün mübarək Cənab Prezident!


            Bu gün Azərbaycan Respublikasının, xalqının tarixində 2 ən böyük, müqəddəs bayramlarından biridir. Birincisi 10 may Ümummilli liderimiz olan Heydər Əliyevin ad günü. İkincisi isə prezidentimizin doğum günü. 24 Dekabr 1961-ci il  düz 50 il bundan qabaq Bakıda gözəl, nurlu bir körpə gözünü açdı. Ulu öndərimiz olan Heydər Əliyev cənablarının oğlu olmaq kimi böyük bir yük,  böyük bir vəzifəni öz üzərinə götürdü. Buna layiq olmaq üçün illərcə oxudu, çalışdı və pillə-pillə, addım-addım qalxaraq indiki olduğu zirvəyə çatdı. İllərlə “Ulu öndərin layiqli davamçısı” adına layiq olduğunu sübut etdi.

“Sən elə bir zirvəsən, mələklər nə deyəcək

Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək.”

İndi siz təsəvvür edin, əgər bizim prezidentimiz İlham Əliyev cənabları olmasaydı, kim qırmızı lentlər kəsərdi, kim yumurtanın qiymətini saldırardı, kim antikorrupsiya haqqında gözəl tədbirlər, ağla sığmayan qanunlar kəşf edərdi. Yəqin ki “Kim Jong-Il”.

Bəli, gözlənildiyi kimi o ən azı atası qədər sevildi, Azərbaycan xalqı onu seçdi, sevdi və ona inandı. Bu inamı sayəsində indi insanlar küçədə rahat gəzişə bilir, sevgililər istədikləri qədər rahat, sərbəst ola bilir, insanların heç birinin iş barədə bir problemi yoxdur. Xalq azad, firavan və xoşbəxtdir. Hamısı da İlham Əliyev cənablarının sayəsində. Hər bi Azərbaycan vətəndaşının borcudur ki, bu ölkədə yaşadığına görə ona minnətdar olsun.  Bütün xalqımızın və hamımızın adından Cənab, çox hörmətli prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik. Kədər ayağının tozu, sevinc başının tacı olsun. Hörmətlə AzTV.