Biz ermənilərdən zoruq ay brat!


               Yəqin çox insanın ailəsində, məhləsində, kruqunda belə söhbətlər olur. “Bax qonşunun oğlu Həsənə, onun qədər də deyilsən. Ağıllı uşaqdı. Başı aşağı gedir, başı aşağı gəlir. Halbuki o uşağın necə olduğunu sən bilirsən. Bax Əhmədə bütün ili oxudu getdi filan qədər bal yığdı. Halbuki sən ondan 5-10 bal aşağı yığmısan və s. ”

              Bizim dövlətdə də, millətdə də var bu xasiyyət. Həmişə nə sərfəlidirsə onunla müqayisə edirlər. Yəqin ki, facebook sosial şəbəkəsində hər kəs “anti ermənistan” təbliğatlı səhifələr, qruplar, profillər görüb. Bunlardan bir neçəsini misal gətirirəm. “Ermənilərə nifrət edənlər” qrupdu. Qrupun facebook qeydiyyatı – peyserler@groups.facebook.com – İndi burda peysər kim olur..?) Səhifə və profillərlər isə olduqca boldur. “ermənilərin nəslinə gedim”, “anti – armenia” “ermenilerin atalarını yandıran 100 000 muselman axtarırıq” və s.

              Yəni qısaca demək istədiyim bizim bir loxumuz var. Dövlətin də, millətin də. “ermənistan və ermənilər.” Dövlət ermənistanın iqtisadiyyatını lağa qoyur ki, biz onlardan 3 dəfə güclüyük, ala onlar onsuz da bədbəxtdirlər də. Düz əməlli dövlətlə götün çatır müqayisə et. Ermənistanın korrupsiyasından danışırlar hər gün. Ay sizin… Gürcüstan prezidentinin bir neçə ayda demək olar ki, yox etdiyi rüşvət hallarını, əliyevlər bir neçə ilə yaratdılar, hətta pik nöqtəsinə çatdırdılar.

              Dövlət ermənistan ordusundakı özbaşınalıqdan danışır. Hələ ordan qaçıb gələnləri də əlinə bayraq alıb yelləyir. Düzdü razıyam, orda da heç yaxşı deyil əsgərlərin vəziyyəti. Amma bizim hansı günümüzə ala? Ayda 2-3 əsgər ölür. Birini ermənilər, birini özümüzünkülər, biri də intihar edir. Bəs biz bunlarla necə arsız-arsız deyə bilirik “Bizim ordumuz ermənistanın ordusundan dəfələrlə güclüdür.”

             Nəysə nə bu millətin, nə də dövlətin düzələcəyinə ümid filan yoxdur. Yenə də biz öz mübarizəmizi öz zadımızla davam etdiririk. Bu arada öz aramızda amma Mən ermənilərin bütün bloggerlərindən zor yazıram..! ..)